2020/21-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan çempionatında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan ayrılmış əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
"Football-plus.az" saytının məlumatına görə, bununla bağlı AFFA-nın rəsmi saytı xəbər yayıb.
“Neftçi” – 72 866 avro
“Səbail” – 72 866 avro
“Qəbələ” – 72 866 avro
“Zirə” – 72 866 avro
“Sumqayıt” – 72 866 avro
“Sabah” – 72 866 avro
“Keşlə” – 72 866 avro
Qeyd edək ki, “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.