Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” yoxlama oyunu keçirib.
"Football-plus.az" saytının məlumatına görə, "timsahlar"ın rəqibi klubun 19 yaşadək futbolçulardan ibarət komandası olub.
Matç əsas komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu Namik vurub.