İsveçrənin SGS şirkəti 2021-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Şirkətin federasiyaya ünvanladığı təbrik məktubunda milli assosiasiyanın Lisenziyalaşdırma qrupunun fəaliyyətinin UEFA-nın keyfiyyət standartlarına uyğun olduğu bildirilib.
Vurğulanıb ki, Lisenziyalaşdırma qrupu 2022-2023-cü il mövsümündə Azərbaycan klublarının avrokuboklarda iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdi.