"Barselona"nın müdafiəçisi Erik Qarsiya zədələnib.
"Football-plus.az" saytının məlumatına görə, bu, İspaniya çempionatının 20-ci turunda "Qranada" ilə matçda (1:1) baş verib. Ftbolçu sağ bud nahiyəsindən zədə alıb və bir dəqiqə sonra əvəzlənib. Onun təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.