"Neftçi" qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yola düşür.
"Football-plus.az" saytının məlumatına görə, klub bu gün qonşu ölkəyə çatacağı getdi.
Dizindən əməliyyat olunan qapıçı Aqil Məmmədov toplanışda iştirak etməyəcək. Koronavirusa yoluxmuş Sezar Meza Kolli ilə Tiaqo Bezerra, Afrika Millətlər Kubokunun oyunları üçün Qvineya millisinin düşərgəsində olan Mamadu Kane və karantində olan Xorxe Korrea Türkiyədə kollektivə qoşulacaq.
Qeyd edək ki, "Neftçi" yanvarın 25-dək Türkiyədə olacaq.