Paralimpiyaçılarımız qış növləri üzrə dünya çempionatında iştirak edəcək.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasov (dağ xizəyi) baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 09-23 yanvar 2022-ci il tarixlərində Norveçin Lillehammer şəhərində keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar.
Qeyd edək ki, Qış Paralimpiya Oyunları 04-13 mart 2022-ci il tarixlərində Pekin şəhərində keçiriləcək.