Novak Cokoviç Avstraliyada həbs olunub.
"Football-plus.az" saytının məlumatına görə, yerli mətbuat bu barədə xəbər yayıb. Həbslə bağlı təfərrüatlar açıqlanmayıb.
Daha əvvəl Cokoviçin vizasının ləğvi ilə əlaqədar apellyasiyanı udduğu məlum olub. Buna baxmayaraq, bildirilib ki, Avstraliya hökuməti məşhur tennisçini ölkədən qova bilər.