Bir neçə gün əvvəl Marselo ilə bağlı yayılan xəbərdə onun yayda karyerasını başa vura biləcəyi deyilirdi.
“Marka” qəzetinin yaydığı məlumatda 33 yaşlı müdafiəçinin “Real”la müqaviləsini yeniləməyəcəyi halda karyerasına son verəcəyi bildirilmişdi. İddiaya görə, Madrid klubunun bəzi rəsmiləri Marselo ilə müqavilənin müddətinin uzadılmasının tərəfdarıdı. Qeyd edək ki, məşhur oyunçunun “Real”la anlaşmasının müddəti bu ilin yayına qədərdi. Braziliyalı bu klubda 2007-ci ildən çıxış edir. Bir müddət əvvəl onun yayda doğma klubu “Fluminense”yə qayıda biləcəyi də xəbər verilmişdi.
Marselo “AS” qəzetinə son açıqlamasında klubunu tərk etmək istəmədiyinə işarə vurub: