Afrika Millətlər Kubokunda çıxış edəcək Seneqal yığmasında problemli vəziyyət yaranıb.
Milli komandanın 3 oyunçusu koronavirusa yoluxub. Qapıçı Eduard Mendi, müdafiəçi Kalidu Kulibali və hücumçu Famara Dyedyunun COVID-19 testi müsbət nəticə verib. Onlar qitə çempionatının qrup mərhələsinin ilk turunun yanvarın 10-na təyin olunan Zimbabve ilə oyununu buraxacaqlar.