"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun avtomobil dayanacağı üçün təyin olunan ərazisi satılıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda klubun fan-qrupu olan "Xəmsə" "feysbuk" səhifəsində xəbər yayıb. Mənbədə həmin ərazidə inşaat materialları mağazasının tikiləcəyi qeyd edilib. Həmçinin onlar aidiyyatı qurumlardan cavab gözlədiklərini də bildiriblər.
SƏNƏM FƏRHADOVA