Ötən yay Temmi Abrahamı transfer edən “Roma” sıralarına daha bir ingilis futbolçu cəlb edib.
"Football-plus.az" saytının məlumatına görə,“Arsenal” Ensli Meytlend-Naylzı İtaliya klubuna icarəyə verib. 23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında A seriyası təmsilçisində çıxış edəcək. “Roma” londonlulara 1 milyon avro icarə haqqı ödəyib. Qeyd edək ki, Meytlend-Naylz bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 11 matçda 1 məhsuldar ötürmə edib.