“Ayntraxt”ın futbolçusu Fabio Blanko Qomesin “Barselona”ya gözlənilən transferi rəsmiləşib.
Bu barədə Frankfurt və İspaniya klublarının saytı məlumat yayıb. Yeniyetmə futbolçunun kataloniyalılarla müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzaladığı bildirilib. Müqavilənin bəndlərindən birində “Barselona”nın 17 yaşlı yarımmüdafiəçiyə 100 milyon avro satış qiyməti qoyduğu da göstərilib.
Qomes “Ayntraxt”da 2021-ci ilin iyulundan oynayırdı. Frankfurtluların əsas komandasında çıxış etməyən Fabio İspaniyanın yeniyetmələrdən ibarət yığmasında (U-18) 6 oyun keçirib.