Slaven Biliç “Beytszin Qoan”dan ayrılıb.
Bu barədə Çin klubunun saytı məlumat yayıb. 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Biliç paytaxt klubuna ötən ilin yanvarında təyinat almışdı.
Onun yenidən Türkiyədə işləmək şansı var. 2013-15-ci illərdə “Beşiktaş”ı çalışdıran xorvat məşqçinin adı “Fənərbaxça” ilə birgə hallanır.