
"Dinamo"nun Mahiri transfer etməsinə çətinlik yaradan nədi?
Zaqreb "Dinamo"su Mahir Emrelini transfer etmək üçün onun "Legiya" məsələsini həll etməsini gözləyir.
"Football-plus.az" saytının məlumatına görə, bu barədə "24sata.hr" saytı məlumat yayıb. Mənbədə Xorvatiya klubunun millimizin hücumçunun Varşava təmsilçisi ilə müqaviləsinin ləğv edilməsini istədiyi qeyd edilib. Lakin bu məsələ, FİFA-nın səlahiyyətində deyil. Çünki tərəflər arasında saziş yerli arbitarajın yurisdiksiyasına uyğun razılaşdırılıb. Bu Zaqreb təmsilçisinin işini çətinləşdirir. "Dinamo" Mahir üçün yüksək təzminat məbləği ödəmək istəmir. Buna görə də klub rəhbərliyi Mahirlə "Legiya" arasında mübarizədə hüquqi vəziyyətin inkişafını gözləyirlər.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Onun adı Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klubu ilə də hallanır.