Azad agent statusuna malik olan Kristian Eriksen karyerasını tezliklə bərpa etməkdə qərarlıdı.
Bu günlərdə onun agentinin Danimarka, Niderland və İngiltərə klubları danışıqlar apardığı məlum olmuşdu. Qeyd edək ki, Eriksenin sonuncu klubu “İnter” olub. Tərəflər ötən il dekabrın 17-də qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər. Buna İtaliyada ürəyində defibrillyator olan idmançının idmanla məşğul olmasına icazə verilməməsi səbəb olub.
Xatırladaq ki, Eriksen Avropa çempionatının iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu oyunu zamanı ürəktutması keçirib. Bu səbəbdən mikroəməliyyata məruz qalan danimarkalı yarımmüdafiəçinin ürəyinə kardioverter-defibrillyator qoyulub. Kristian 6 aydan çox müddətdi rəsmi matçlarda meydana çıxmayıb.
Maraqlıdı ki, onun sabiq klubuna qayıtmaq şansı var. Kristianın agenti onun 2013-20-ci illərdə formasını daşıdığı “Tottenhem”lə də danışıq aparır. London klubununbaş məşqçisi Antonio Konte 29 yaşlı yarımmüdafiəçi üçün klubun qapılarının hər zaman açıq olduğunu deyib: