“Mançester Siti”nin oyunçusu Riyad Mahrez evlənib.
30 yaşlı yarımmüdafiəçi model Teylor Uordla nikaha imza atıb. Cütlüyün toyu gizli şəkildə keçirilib. “The Sun” qəzetinin xəbərinə görə, əslən əlcəzairli olan Riyadın toy mərasimi müsəlmana xas üslubda təşkil olunub. Qeyd edək ki, onların evliliyinin qanuni sayılması üçün Böyük Britaniyada da daha bir toy mərasimi keçiriləcək.
Xatırladaq ki, cütlük ötən ilin iyun ayında nişanlandıqlarını elan etmişdilər. Riyad həmin vaxt Teylora təxminən 480 min avro dəyərində üzük bağışlamışdı.