“Tottenhem” ciddi itki ilə üzləşib.
London klubunun aparıcı oyunçularından sayılan Son Hın Min zədələnib. İngiltərə Liqa Kubokunun “Çelsi” ilə oyununda (0:2) sıradan çıxan koreyalı yarımmüdafiəçi bu ayın sonuna qədər rəsmi matçlarda görünməyəcək. Son bu mövsüm premyer-liqada meydana çıxdığı 18 oyunda 8 qol vurub.