“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" saytının məlumatına görə, Türkiyə klubu “Union Berlin”dən Timoteuş Puxaçı transfer edib. Bu barədə komandanln baş məşqçisi Abdullah Avcı yerli mətbuata açıqlamasında deyib. O, cinah müdafiəçisi ilə razılaşdıqlarını və futbolçunun Türkiyəyə gələrək, klubla rəsmi müqavilə imzalayacağını bildirib.