Mahir Emreli karyerasını Xorvatiyada davam etdirə bilər.
"Football-plus.az" saytının məlumatına görə, "Dinamo" hücumçunu heyətinə qatmaq istəyir.
Maraqlı məqamlardan biri də budu ki, "Legiya"nın Xorvatiya klubuna 1.2 milyon avro borcu var. "Dinamo"nun Emrelini israrlı şəkildə istəməsi bu keçidin real ola biləcəyini xəbər verir.
Bunu nəzərə alan Xorvatiya klubu 2 milyon avro qiyməti olan Emrelini daha aşağı məbləğə transfer etmək niyyətindədi. Tərəflər razılığa gəlsələr, "Dinamo" bu keçid üçün "Legiya"ya cəmi 800 000 avro təzminat ödəyəcək.
Qeyd edək ki, bu məlumatı ilk dəfə "Futbol+" qəzeti yayıb.