Mahir Emrelini transfer etmək istəyən klublardan daha birinin adı bəlli olub.
Redaksiyamıza daxil olan məlumata görə, "Dinamo" (Zaqreb) azərbaycanlı forvardın xidmətində maraqlıdı. Son Xorvatiya çempionunun hücumçumuza görə "Legiya" rəsmiləri ilə danışıqlara başlayacağı bildirilir. Zaqreb təmsilçisi Mahirə görə Varşava klubuna 2 milyon avro ödəmək niyyətindədi.
Qeyd edək ki, "Dinamo" hazırda Xorvatiya liqasında 40 xalla 1-ci pillədə qərarlaşıb.