“Transfermarkt” son 5 ildə klubların transfer fəaliyyəti ilə bağlı məlumat yayıb.
Portalın məlumatına görə, ötən müddətdə dünyada transferlərə ən çox pul xərcləyən klub “Barselona” olub. İspaniya təmsilçisi 5 il ərzində yeni oyunçuların alğısına 1,12 milyard avro sərf edib.
Bu planda sonrakı yerləri “Mançester Siti” (1,07 milyard) və “Yuventus” (1,02 milyard) tutub. İlk “5-liy”ə İngiltərə təmsilçiləri “Çelsi” (1,01 milyard) və “Mançester Yunayted” (924,7 milyon) də daxil olub.