İtaliya çempionatında dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Bu nominasiyada Simone İnzaqi qalib gəlib. “İnter” A seriyasında ötən ay keçirdiyi 5 oyunda maksimum nəticə göstərmişdi. Son çempion qələbələri sıralamaqla bu liqada ilk dövrəni lider kimi başa vurmuşdu.
Ayın ən yaxşı məşqçisi üçün nəzərdə tutulan mükafat milanlılara bu mövsümdən başçılıq edən İnzaqiyə yanvarın 9-da keçiriləcək “Latsio” ilə çempionat matçından əvvəl təqdim ediləcək.