PSJ-nin yeni transfer hədəfi bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda İspaniyanın nüfuzlu "El Mundo Deportivo" nəşri xəbər yayıb. Mənbədə Fransa təmsilçisinin "Barselona"dan Osman Dembeleni heyətinə qatmağı planladığı qeyd olunub.
Parislilər artıq bir neçə dəfə futbolçunun agenti ilə əlaqə saxlayıblar. PSJ-nin idman direktoru Leonardo Dembelenin gənc olduğundan sürətli keçidləri ilə komandanın hücum xəttini gücləndirəcəyinə inanır. Üstəlik oyunçunun Fransa vətəndaşlığı da var. Bu isə transferin həyata keçməsi üçün paytaxt klubuna əlavə avantaj qazandırır.
Qeyd edək ki, Dembele "Barselona" ilə yeni müqavilə barədə hələ razılığa gələ bilməyib. Mövcud saziş isə bu ilin yayında başa çatır. Ona görə də Kataloniya təmsilçisi futbolçunu pulsuz əldən buraxmaq istəmir və onu bu qış satmağa hazırdı.