"Legiya"nın formasını geyinən Mahir Emreli İstanbula yola düşüb.
"Football-plus.az" saytının məlumatına görə, futbolçunun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki toplanışa gedib-getməyəcəyi bəlli deyil. Təlim-məşq toplanışı yanvarın 6-da başlayacaq.
Qeyd edək ki, Emreli müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasını istəyib. O, buna görə, ABŞ vəkillərindən kömək istəyib.