"Atletiko" Anxel Korrea ilə yeni müqavilə bağlayıb.
"Football-plus.az" saytının məlumatına görə, hücumçu ilə 30 iyun 2026-cı ilədək sözləşmə imzalanıb.O, komandaya 2014-cü ilin dekabrında qoşulub. Həmin vaxtdan Korrea "Atletiko"da 305 oyuna 53 qol və 52 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 27 yaşlı futbolçh bütün turnirlərdə 25 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.