"Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa yanvarın 5-dən 6-na keçən gecə Azərbaycana gələcək.
Kluba yaxın mənbədən “Football-plus.az” saytına ötürülən məlumata görə, 40 yaşlı belaruslu mütəxəssis komanda ilə məşqə yanvarın 6-da çıxacaq.
Mənbəməz onu da bildirdi ki, “kimyaçılar”ın rəhbərliyi yeni çalışdırıcı üçün təqdimat mərasimi də təşkil etməyi düşünür. Sumqayıtda keçiriləcək tədbir yanvarın 6-sı və ya 7-nə planlaşdırılıb.
GÜNAY VƏLİYEVA