“Barselona”nın yeni transfer hədəfi bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, İspaniya təmsilçisi "Çelsi"dən Andreas Kristensenlə maraqlanır. "Kataloniyalılar" danimarkalı futbolçunu yay "tranfer pəncərəsi" heyətinə qatmaq haqda düşünür. "Zadəganlar"la mövcud müqaviləsini yeniləmək istəməyən müdafiəçi bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Kristensen cari mövsüm ərzində London klubunun heyətində 13 oyun keçirib.