“Mançester Yunayted” və “Napoli” arasında aparılan danışıqlar praktiki olaraq sona çatıb.
Klublar Aksel Tuanzebenin keçidi ilə bağlı şifahi razılığa gəliblər. İnsayder Fabritsio Romano MY-nin müdafiəçinin mövsümün sonuna qədər icarəsinə görə İtaliya klubundan 500 min avro təzminat alacağını xəbər verib. Neapolluların yayda Akselin transfer hüququna sahib çıxmaq imkanı olmayacaq.
Tuanzebe mövsümün ilk yarısını icarə qaydası ilə sıralarında keçirdiyi “Aston Villa”nı tezliklə tərk edəcək. O, premyer-liqanın cari mövsümündə 9 oyunda meydana çıxıb.