“Barselona”da koronavirusa yoluxma ilə bağlı vəziyyət bir qədər də ağırlaşıb.
Komandanın daha iki futbolçusunda bu virus aşkarlanıb. Klubun rəsmi saytının yaydığı xəbərdə Pedri və yeni transfer Ferran Torresin COVID-19 testinin müsbət nəticələndiyi bildirilib. Karantinə alınan futbolçuların səhhətində ciddi problem yaranmadığı da qeyd edilib.
Xatırladaq ki, “Barselona”da onlardan əvvəl 8 futbolçu – Qavi, Usman Dembele, Serjinyo Dest, Filippe Koutinyo, Abde Ezzalzuli, Daniel Alveş, Xordi Alba və Aleks Balde koronavirusa yoluxmuşdu. Başqa sözlə, hazırda komandada yoluxanların sayı 10-a çatıb.