Artıq Luis Suaresin gələcək karyerası ilə bağlı suala cavab tapılıb.
Nəhayət ki, onun məsələsinə aydınlıq gəlib. Uruqvaylı hücumçunun “Atletiko” ilə müqaviləsi yenilənməyəcək. İspaniya mediası onun iş yerini dəyişmək qərarına gəldiyini xəbər verib. 34 yaşlı Luisin Madrid klubu ilə anlaşmasının müddəti mövsümün sonunda başa çatacaq. Başqa sözlə, o, yayda azad agent statusu qazanacaq.