Renat Dadaşovun çıxış etdiyi "Tondela" Portuqaliya çempionatının 13-cü turunun təxirə salınmış oyununu keçirib.
"Football-plus.az" saytının məlumatına görə, millimizin hücumçusunun komandası "Moreyrense" ilə üz-üzə gəlib və görüşdən 2:1 hesabı ilə qələbə ilə ayrılıb.
Renat mübarizəyə 84-cü dəqiqədə qoşulub. O, oyuna əlavə olunan vaxtın 11-ci dəqiqəsində "Tondela"ya qalibiyyət gətirən qolun assistini edərək yadda qalıb.