Mahir Emrelinin formasını geyindiyi "Legiya" Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, Varşava təmsilçisinin rəqibləri də müəyyənləşib. Emrelinin komandası ilk oyunu yanvarın 12-də "Bazel"ə qarşı keçirəcək. 15-də "Lokomotiv"lə (Plovdiv) qarşılaşacaq "Legiya" 19-da "Krasnodar"ı sınağa çəkəcək.
Qeyd edək ki, yanvarın 6-da başlayacaq Dubay toplanışına 22-də yekun vurulacaq. “Legiya” Polşada yerli klublarla da oynayacaq. Belə ki, yanvarın 28-də "Tıxı", 29-da "Radomyak"la qarşılaşmalar nəzərdə tutulub.
GÜNAY VƏLİYEVA