Lionel Messi PSJ-dən sonra karyerasını ABŞ-da davam etdirə bilər.
Bu xəbəri “Marka” qəzeti yayıb. İspaniyanın populyar idman nəşri MLS təmsilçisi “İnter Mayami”nin argentinalı futbolçunu heyətinə cəlb etməyə çalışdığını iddia edir. İngiltərəli sabiq futbolçu Devid Bekhemin həmsahiblərindən olduğu ABŞ klubunun 2023-cü ildə Messi ilə müqavilə bağlamağı planlaşdırdığı bildirilib.
Yeri gəlmişkən, ötən il də bu tip xəbər yayılmışdı. Amma Lionel yayda “Barselona”dan ayrılaraq PSJ-yə keçmişdi. 34 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 16 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.