Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.
"Football-plus.az" saytının məlumatına görə, çalışdırıcı koronavirusa yoluxduğu zamandan danışıb:
"Koronavirusa yoluxmaq mənim üçün ağır idi. Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdı. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm".