İTV İngiltərə premyer-liqasının oyunlarını yayınlayır.
"Football-plus.az" saytının məlumatına görə, bu işdə telekanala "Bridge" şirkətlər qrupu və "Sabah" FK dəstək verir.
Etiraf edək ki, bir peşəkar futbol klubunun başqa ölkənin çempionatının yayını prosesinə qoşulması qeyri-adi hadisədi. Bu marağın səbəbini "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan soruşduq:
“Bəli, İngiltərə premyer-liqasının oyunları İTV-də "Bridge” şirkətlər qrupu və “Sabah” FK-nın dəstəyi ilə yayınlanır. Azərbaycanda ən çox sevilən və izlənilən çempionatlardan biri olan İngiltərə premyer-liqasının cari mövsümünün ölkəmizdə müəyyən səbəblərdən yayınlanmamaq təhlükəsi yaranmışdı. Bu da bu turnirin həvəskarı olan çoxsaylı futbol azarkeşlərinin təəssüfünə səbəb olmuşdu. Belə bir məqamda İTV çempionatın yayınını təşkil etdi. “Sabah” FK-nın təsisçisi olan “Bridge” şirkətlər qrupu da dəstəyini göstərdi”.
GÜNAY VƏLİYEVA