"Arsenal" İngiltərə çempionatında antirekorda imza atıb.
"Football-plus.az" saytının məlumatına görə, 21-ci turda "Mançester Siti" ilə qarşılaşan London təmsilçisi matçın 59-cu dəqiqəsində azlıqda qalıb. Qabriel ikinci sarı vərəqə ilə meydandan qovulub. Bu, "Arsenal"ın indiyədək aldığı 100-cü qırmızı vərəqə olub. Bununla da "topçular" çempionatda 100 qırmızı vərəqə həddinə çatan ilk klub olub.