Konfrans Liqasının rəsmi "tviter" hesabı növbəti maraqlı paylaşım edib.
"Football-plus.az" saytının məlumatına görə, postda turnirin qrup mərhələsində iti bucaq altından vurulmuş 3 qol yayınlanıb. Onların arasında 3-cü turda "Qarabağ"- "Kayrat" matçında Abbas Hüseynovun Qazaxıstan təmsilçisinə vurduğu qol da yer alıb.
Qeyd edək ki, Ağdam təmsilçisinin futbolçusunun 90+1-ci dəqiqədəki dəqiq zərbəsi komandasına qələbə qazandırmışdı.
Həmin paylaşımı təqdim edirik.