Xəbər verdiyimiz kimi, "Neftçi" demək olar ki, Eddi İrafilov transferini yekunlaşdırıb.
"Ağ-qaralar"la millimizin üzvü arasında razılıq əldə olunub. Lakin nədənsə klub hələ ki, keçidi rəsmi olaraq açıqlamır. Bunun səbəbi nədi? Sualımızı "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:
"Ölkədə bayram münasibəti ilə yanvarın 4-də daxil olmaqla tətildi. Bu səbəbdən də bir çox iş yerlərində olduğu kimi "Neftçi" Futbol Klubunda da iş yoxdu. Yəni, razılıq əldə olunubsa da, hələ ki, xəbərimiz yoxdu. Ola bilər ki, bayramdan sonra açıqlansın. Bəlkə də tətil olduğu üçün bizə məlumat verilməyib. Rəsmi informasiya veriləndən sonra saytımız və sosial şəbəkə hesablarımız vasitəsiylə ictimaiyyətə məlumat verəcəyik".