Bildiyiniz kimi, premyer-liqada qış fasiləsidi. Klublarımız hələ ki, istirahət edir.
Yanvarın 5-dən sonra komandalar təlim-məşq toplanışlarına başlayacaq. Rəsmiləşən məlumatlara görə, ayın 14-15-dən sonra 6 premyer-liqa klubu - "Qarabağ", "Qəbələ", "Neftçi", "Zirə", "Sabah" və "Sumqayıt" Antalyaya yollanacaq. Təmsiçilərimiz burda bir neçə yoxlama oyunları keçirəcəklər. Görəsən, bu qarşılaşmaların hansısa "CBC Sport"da canlı yayınlanacaq? Sualımızı kanalın Xəbərlər Departamentinin direktoru Şəmsəddin Abbasova ünvanladıq:
"Xeyr! Bu il bizim Antalyadan hansısa oyunun yayınımı etmək planımız yoxdu. Hələ ki, qərar belədi".[quote][/quote]
İLKİN SULTANLI