“Liverpul”da koronavirusa yoluxma ilə bağlı problem yaranıb.
Baş məşqçi Yürgen Kloppdan götürülən COVID-19 testinin nəticəsi müsbət olub. Almaniyalı mütəxəssis buna görə bu gün “Çelsi” ilə keçiriləcək premyer-liqa matçında texniki zonada görünməyəcək.
Mersisaydlıların üç oyunçusu da koronavirusa yoluxub. Bu barədə baş məşqçi Klopp dekabrın 31-də məlumat vermişdi. O, koronavirus testi müsbət nəticələnən futbolçuların adlarını çəkməmişdi.