Ayxan Abbasovu istefaya göndərən “Sumqayıt”ın ötən ilin dekabrın 30-da belaruslu məşqçi ilə anlaşdığından xəbəriniz var.
Aleksey Baqa 2024-cü ilin iyununa kimi “kimyaçılar”ın “sükanı arxasında” olcaq. Məşqçi karyerası ərzində Baqa vərtəni ilə yanaşı, Litva və Qazaxıstanda işləməklə yadda qalıb. PRO kateqoriyalı 40 yaşlı mütəxəssis 2020-ci ildə “Jalgiris”lə Litva, 2021-ci ildə isə Soliqaorsk “Şaxtyor”u ilə çempionu Belarus çempionu olub. Belaruslu həmkarlarımızdan əldə etdiyimiz bilgiyə əsasən 40 yaşlı məşqçinin çalışdırdığı komandalar daha çox 4-2-3-1 sxemi ilə meydana çıxırlar. Həmkarlarımız bizimlə söhbətdə onu da bildirdilər ki, son illərdə Belarusun ən uğurlu məşqçilərindən biri kimi tanınan Baqa hələ 2021-ci ilin yayında “Sumqayıt”ın baş məşqçisi ola bilərmiş. Həmin vaxt “kimyaçılar”ın prezidenti Riad Rəfiyev onunla danışıq aparıb. Ancaq Ayxan bəy postunda qalıb işi davam etdirmək istədiyindən 40 yaşlı mütəxəssis ötən ilin sentyabrında “Şaxtyor”la anlaşıb və Soliqorsk klubunu çempionluğa daşıyıb. “O necə biridi” sualımıza həmkarımız belə cavab verdi: “İşlədiyi klublarda həmişə intizama xüsusi diqqət verib. Bir qədər sərt xarakterə malik olsa da, heç vaxt futbolçularla konfliktə girməyi xoşlamayıb. Çalışdırdığı komandalara daha çox balkanlardan olan legionerləri dəvət etməyi xoşlayır”.
Baqa “Şaxtyor”dan ayrılandan sonra pressball.by potalına verdiyi eksklüziv müsahibədə komandadan özü getdiyini bildirib. Həmin müsahibəni ixtisarla diqqətinizə çatdırırıq. Çox maraqlıdı ki, mütəxəssis həmkarımızla söhbətdə ölkə xaricinə yollanacağını vurğulayıb. Görünür, Baqa dekabrın 1-də artıq növbəti dayanacağın Sumqayıt olacağını bilirmiş.
- Mövsüm başa çatandan sonra “Şaxtyor” rəhbərliyi uzun və ətraflı söhbətim oldu. Yekunda qərara gəldik ki, bizim əməkdaşlığımız başa çatmalıdı. Ayrılmaq qərarı məndən gəldi. Burda heç bir “sualtı daşlar” axtarmaq lazım deyil. Biz xoş notlarda ayrıldıq. Öznövbəmdə klub rəhbərliyinə təşəkkür edirəm ki, çətin, həssas vaxtda mənə dəvət göndərdilər, etimad göstərdilər. Ancaq indi ayrılıq zamanıdı.
- Bu qərar nə vaxt gəldiz?
- Mövsümün sonunda. Çempionat başa çatdıqdan sonra bir neçə görüşüm oldu, çox adamla danışdım. Belə deyək, son iki-üç gündə qərarımı verdim.
- əsas sual: niyə?
- Düşündüm ki, belə daha yaxşı olacaq. “şaxtyor” rəhbərliyinə təşəkkür edirəm ki, qərarıma hörmətlə yanaşdılar. Klub tərəfindən heç bir problem yox idi. Səbəb? Belə qərar verdim. Belə deyək, içimdən belə gəldi. Yenə deyirəm, Soliqorsk ilə problemsiz ayrıldım.
- Bildiyim qədər sizin klubla 2022-ci ilin sonuna qədər müaviləniz var idi...
- Bəli. müqavilə öz yerində, ancaq klub rəhbərliyi danışığımız olmuşdu ki, mövsümün sonunda danışıqlar masasına əyləşin gələcək barədə danışa bilərik.
- Elə təəssürat yaranır ki, “Şaxtyor” siz istədiyniz klub deyil.
- Elə deməzdim. Bu düzgün çıxmaz. “şaxtyor”da hər şey bir göz qırpımında alındı. Təyinat, tanışlıq, iki aya 10 matç. Mənim üçün əla təcrübə, yeni çağırış idi. Ancaq indi başqa cığırla getmək istəyirəm. Alınsa, yenidən xarici çempionatda çalışmaq istəyirəm.