Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) 2021-ci ilin yekunları ilə bağlı növbəti məlumatı yayıb.
Qaliblər AIPS-in üzvü olan 114 ölkənin 529 jurnalisti arasında keçirilən sorğunun nəticələrinə əsasən müəyyənləşiblər. Dünyada 2021-ci ilin ən yaxşı komandası adına İtaliya yığması layiq bilinib. Avropa çempionatının son qalibi 767 səslə birinci yeri tutub. İkinci yerə “Bavariya” (503), 3-cü yerə Amerika Kubokunun son çempionu olan Argentina yığması (459) layiq görünüb. Sonrakı iki yeri isə Çempionlar Liqasının son qalibi “Çelsi” (370) və “Liverpul” (257) tutub.
Ən yaxşı qeyri-futbol komandası ABŞ-ın kişilərdən ibarət basketbol yığması seçilib. Tokio Olimpiadasının qalibi sorğuda 228 xal toplayıb. 2021-ci ilin ən yaxşı qadın komandası adını isə “Barselona” (216) qazanıb.