Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel"də 2 futbolçu koronavirusa yoluxub.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda Fransa təmsilçisinin baş məşqçisi Xorxe Sampaoli açıqlama verib. Müdafiəçi Pol Lirola və yarımmüdafiəçi Konrad de la Fuentenin COVİD-19 testlərinin nəticəsi müsbət çıxıb. Onlar karantinə alınıb.
Qeyd edək ki, "Qarabağ"la "Marsel" arasında ilk matç fervralın 17-də Fransada, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.