Klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda FİFA-nın rəsmi saytı xəbər yayıb.
Mənbədə Yeni Zelandiyada koronavirus pandemiyası səbəbindən mövcud karantin qaydalarına əsasa, "Oklend Siti" turnirdən imtina etməli olub. Onu Taiti təmsilçisi "Pirae" əvəzləyib.
Turnir fevralın 3-dən 12-dək BƏƏ-də baş tutacaq. Yarışın favoritlərindən sayılan “Çelsi” (Çempionlar Liqasının qalibi) və “Palmeyras” (Libertadores kubokunun qalibi) mübarizəyə yarımfinaldan başlayacaqlar.
“Pirae" isə “Əl-Cəzirə” ilə üz-üzə gələcək. Cütün qalibi 1/4 finalda “Əl Hilal”la qarşılaşacaq.