Gənclər və idman naziri Fərid Qayıbov Yenil il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə gənclərə və idmançılara təbrik ünvanlayıb.
"Football-plus.az" saytının məlumatına görə, o, özünün şəxsi "tvitter" hesabında bununla bağlı paylaşım edib.
“Əziz gənclər və idman ailəsi, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm! İnanıram ki, birgə fəaliyyətimizlə qarşıya qoyulan hədəflərə doğru 2022-ci il daha səmərəli və uğurlarla zəngin bir dövr olacaqdır”.