UFC prezidenti Dana Uayt belə hesab edir ki, yüngül çəkidə sabiq dünya çempionu Həbib Nurməhəmmədov dahi döyüşçü ola bilərdi.
Onun fikrincə, dağıstanlı karyerasını erkən bitirib:
“Düşünürəm ki, Həbib bizimlə oktaqonda qalsaydı, onu dahi adlandırmaq olardı. Atasının ölümü onu sarsıtdı. Fikrimcə, həyatında elə mərhələyə çatdı ki, artıq başqa seçimi qalmamışdı. Pul bu qədər çox olanda hər şey dəyişir. Sənin bu qədər çox pulun varsa, hər gün yerdən qalxmaq, tər tökmək çətinləşir. Döyüş biznesi o qədər də asan deyil”.
Xatırladaq ki, Həbib ötən ilin oktyabrında karyerasını bitirib. O, MMA çərçivəsində keçirdiyi 29 döyüşün hamısında qələbə qazanıb.