Kot d’İvuar millisinin məşqçilər heyətində dəyişiklik edilib.
Bu addım yığmanın gələn il yanvarın 9-da start götürəcək Afrika Millətlər Kubokuna daha yaxşı hazırlaşması üçün atılıb. Sabiq milli futbolçular Didye Droqba ilə Yaya Ture yığmaya dəvət alıblar. Onlar məşqçilər heyətində fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, 43 yaşlı sabiq hücumçu Droqba milli formada 105 oyuna 65 qol, 38 yaşlı keçmiş yarımmüdafiəçi Yaya Ture 101 oyuna 19 qol vurub.