Xviça Kvaratsxeliya Gürcüstanda 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.
“Rubin”in yarımmüdafiəçisi ölkəsində ardıcıl 2-ci dəfə bu nominasiyanın qalibi olub. O, Rusiya klubuna 2019-cu ildə “Rustavi”dən keçib. Kvaratsxeliya bu mövsüm Rusiya premyer-liqasının 15 matçında 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qeyd edək ki, 20 yaşlı Xviça yığmamızın sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludu.