Con Terri yenidən doğma klubuna xidmət edəcək.
“Çelsi”nin keçmiş müdafiəçisi və kapitanı bundan sonra klubun akademiyasında çalışacaq. O, məsləhətçi məşqçi funksiyasını yerinə yetirəcək. Terri akademiyanın yeniyetmə futbolçuları və məşqçiləri ilə işləyəcək. İngiltərə millisinin sabiq üzvü eyni zamanda yeniyetmə oyunçular və onların valideynləri ilə dialoq aparacaq. Con yeni vəzifədə gələn ay işə başlayacaq.
Qeyd edək ki, Terri “Çelsi”nin yetirməsidi. Bu komandanın şərəfini 19 il – 1998-2017-ci illərdə qoruyub.