Marselo ilə bağlı yeni xəbər yayılıb: o, yayda karyerasını başa vura bilər.
“Marka” qəzetinin yaydığı məlumata görə, 33 yaşlı müdafiəçi “Real”la müqaviləsini yeniləməsə, karyerasını bitirəcək. Madrid klubunun bəzi rəsmiləri Marselo ilə müqavilənin müddətinin uzadılmasının tərəfdarıdı. Lakin məşhur oyunçu hələlik bu barədə qərar verməyib.
Qeyd edək ki, Marselonun “Real”la anlaşmasının müddəti 2022-ci ilin yayına qədərdi. Braziliyalı bu klubda 2007-ci ildən çıxış edir. Bir müddət əvvəl onun gələn yay doğma klubu “Fluminense”yə qayıda biləcəyi xəbər verilmişdi.